Sizi saytımızda salamlamağa şadam!
VITTA elmi-texniki şirkəti 1991-ci ilin may ayında təsis edilib və Azərbaycanda ixtisaslaşmış informasiya sistemlərinin, telekommunikasiya, kompüter və tibbi avadanlıqların layihələndirilməsi və istehsalı məqsədilə yaradılmış ilk peşəkar şirkətdir.
Şirkət Sovet İttifaqının Hərbi-Sənaye Kompleksinin strukturlarında yüksək texnologiyalı elektron hərbi texnikanın layihələndirilməsi sahəsində çalışmış aparıcı mütəxəssislər tərəfindən yaradılmışdır.
Şirkətin yarandığı ilk 8 il ərzində (1991-1998) müxtəlif elektron, telekommunikasiya və tibbi cihazların layihələndirilməsi və istehsalı həyata keçirilmişdir.
Müstəqillik qazanana qədər Azərbaycanın da daxil olduğu Sovet İttifaqında ilk dəfə olaraq, 1992-ci itldə konversiya komitəsinin sifarişi ilə VİTTA şirkətinin mütəxəssisləri tərəfindən bir sıra tibbi cihazlar, o cümlədən son dərəcə yksək dəqiqliyə və mikrokompüter idarəetməsinə malik elektron-vakuum yüksək temperatur sobası ixtira edilmiş və patentləşdirilmişdir ki, bu da xarici cihazlardan heç də geri qalmır.
1996-cı ildən şirkətdə tibb müəssisələrinin və xəstəxanaların layihələndirilməsi və təchiz edilməsi, xəstəxanaların fəaliyyəti üçün informasiya sistemlərinin yaradılması üzrə fəaliyyət istiqaməti müəyyən edilmiş, həmçinin ən son tibbi texnologiyaların idxalına başlanılmışdır.
2006-cı ildən elm və xalq təsərrüfatı sahələri üçün molekulyar-analitik laboratoriya sistemləri üzrə fəaliyyət istiqaməti müəyyən edilmişdir.
2013-cü ildən - sənayenin bütün sahələri - aviasiya, neft-qaz sektoru, energetika, maşınqayırma, nəqliyyat, yüksək texnologiyaların istehsalı və s. üçün nəzarət və yoxlama diaqnostika sistemləri üzrə fəaliyyət istiqaməti müəyyən edilmişdir
2014-cü ildən etibarən ən son texnologiyalar və proqram məhsullarının və mobil tətbiqlərin layihələndirilməsi bölməsi yaradılmışdır.
2018-ci ildən müxtəlif sənaye sahələri üçün geniş tətbiq edilən pilotsuz uçuş aparatları (PUA), o cümlədən xüsusi təyinatlı PUA-lar da daxil olmaqla, intellektual robot sistemləri üzrə fəaliyyət istiqaməti müəyyən edilmişdir.
Bu gün biz yüksək texnologiyalı innovativ şirkət olaraq aşağıdakı əsas istiqamətlər üzrə intensiv fəaliyyət göstəririk:
- Pilotsuz uçuş sistemləri və robotlaşdırılmış intellektual həllər;
- Nəzarət və yoxlama diaqnostika sistemləri;
- İnformasiya texnologiyaları və proqram məhsulları, sifarişçilərin fərdi tələbinə əsasən İT
konsaltinq;
- Tibbi sistemlər və texnologiyalar;
- Sənaye texnologiyaları, avadanlıqları və materialları;
- Molekulyar-analitik laboratoriya sistemləri və texnologiyaları;
- Müdafiyə təyinatlı innovativ texnoloji həllər;
- Fərdi mühafizə vasitələri və xüsusi geyimlər;
- Suyun emalı və su təmizləmə texnologiyaları;
İnnovativ həllər və qabaqcıl texnologiyalar üzrə fəaliyyət göstərən VITTA elmi-texniki şirkəti öz müştərilərinə peşəkar tapşırıqların yerinə yetirilməsi üçün hərtərəfli həllər təklif edir. Biz gələcəyə yönəlik fəaliyyət göstəririk və öz işimizi peşəkarların təcrübəsi , sübuta yetirilmiş həllər və mütləq texnologiya əsasında qururuq.
Bu gün biz həmçinin mühəndislik sistemlərinin yaradılması üzrə ilkin konsaltinq və layihələndirmədən texniki və servis dəstəyinə qədər bütün xidmət spektrini təqdim edirik.
Biz həmçinin təlim və idarəetmə konsaltinq dəstəyi də təqdim edirik. Fərdi yanaşmamız isə, fəaliyyətinizin effektivliyini təmin edəcək.
Dünyanın aparıcı şirkətləri ilə (məsələn, General Electric, Baker Hughes, Olympus, Canon, Durr, MGI, Bird, SA group, Horiba, Warter, Agfa, MR Chemie, IPSI, Rodo, Arad, Sverit) rəsmi distribyutor kimi uğurlu əməkdaşlıq sayəsində ən son nailiyyətlərə əsaslanmaqla qlobal problemləri həll edə bilirik.
Bu gün 32 ildən artıq təcrübəyə malik VITTA elmi-texniki şirkəti hər zaman əsas prinsipi olan və hər şeydən çox dəyər verdiyi nüfuzu və etibarı ilə fəxr edir.
Xoş arzularla,
Kamil Quliyev
Şirkətin sahibi və baş direktoru